Türkiyə F-16-ları havaya qaldırdı - Zərbələr endirilir

Türkiyə Hərbi Hava Qüvvələri Somali qüvvələri ilə birgə Aşağı Şabelle bölgəsində "Əş-Şəbab" terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Avtosfer.az xəbər verir ki, türk mətbuatının məlumatına görə, reyd zamanı F-16 qırıcıları terrorçuların gizləndiyi mağaralara və silah-sursat anbarlarına dəqiq aviazərbələr endirib. Əməliyyat nəticəsində təxminən 35 terrorçu məhv edilib, eləcə də partlayıcı maddələrlə təchiz edilmiş bir neçə avtomobil yararsız hala salınıb.
Qeyd edək ki, Türkiyə uzun illərdir Somalidə hərbi mövcudluğunu qoruyub saxlayır. Ölkənin burada ən böyük xarici hərbi bazası yerləşir və yerli təhlükəsizlik qüvvələri məhz bu bazada təlim keçirlər. Bu tip birgə əməliyyatlar artıq iki ölkə arasında hərbi əməkdaşlığın adi bir təcrübəsinə çevrilib./nocomment.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












