Türkiyə gəmisinin vurulması ilə bağlı rəsmi Ankaradan bəyanat

Dekabrın 12-də Ukraynanın Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus, xarici ölkə bayrağı altında üzən gəmi də zərər görüb. Bu hadisə bölgəmizdə davam edən müharibənin Qara dəniz ərazi sularına yayılması ilə dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl qeyd etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) hadisə ilə bağlı bəyanatda qeyd edilib.
Bəyanatda bildirilib ki, ilkin məlumatlara görə, gəmidəki heyət və yük avtomobili sürücüləri təxliyə edilir. Hücumda Türkiyə vətəndaşları zərər görməyib. Türkiyənin Odessadakı Baş konsulluğu prosesi yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərir.
“Bu fürsətdən istifadə edərək, Rusiya və Ukrayna arasındakı müharibənin təcili olaraq dayandırılmasının əhəmiyyətini bir daha vurğulayırıq. Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyini, eləcə də tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumların dayandırılması istiqamətində razılaşmanın əldə edilməsinin vacibliyini xatırladırıq”- deyə Türkiyə XİN bildirib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












