Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə cinayətkar təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib, yüzlərlə şübhəli saxlanılıb. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə 25 mart – 10 aprel tarixlərində ölkənin 81 vilayətində 124 əməliyyat həyata keçirilib.
17 gün davam edən əməliyyatlar çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” kimi ittihamlarla ümumilikdə 722 nəfər saxlanılıb. Əməliyyatlar zamanı keçirilən axtarışlarda 67 ədəd uzun lüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 boş tapança, 14 003 patron və 1 329 silah hissəsi müsadirə edilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












