Türkiyədə nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

Türkiyənin Konya şəhərinin Seydişehir rayonunda 80 yaşlı Gülsüm A. təqaüdünü almaq üçün getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub. Zamanla onların dostluğu sevgiyə çevrilib.
Avtosfer.az xəbər verir ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini deyərək evdən çıxıb, lakin axşama qədər qayıtmayıb. Ailəsi onun xəstəxanaya getmədiyini öyrəndikdən sonra jandarmaya müraciət edib. Günlərlə davam edən axtarışlar nəticəsində qadının Kazım Y. ilə birlikdə olduğu müəyyənləşib.
Jandarmanın sorğusu zamanı Gülsüm A. Kazım Y. ilə öz istəyi ilə birlikdə olduğunu və onunla evlənmək istədiyini bildirib. Ailəsi əvvəlcə şoka düşsə də, qadının sağ-salamat tapılmasından məmnun olduqlarını deyib.
Məlumata görə, hadisəni eşidən qadının oğlu Əhməd A. infarkt keçirib. Yaşlı cütlük isə münasibətlərini rəsmiləşdirmək niyyətində olub. Daha sonra onların rəsmi nikaha daxil olaraq evləndiyi məlum olub./ajans.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












