Türkiyədə qəzada ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxıb

2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Muhsin Yazıcıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber"in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.
Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən "F-4" qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin "Fətullahçı" terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün "Türk Silahlı Qüvvələrindəki imamı" kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb. "İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıcıoğlu FETÖ-nün hədəfində idi", - A.Gürlek bildirib.
Qeyd edək ki, 2009-cu ilin martında içində M. Yazıcıoğlunun olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb. Üzərindən 17 il keçdikdən sonra hadisə ilə bağlı araşdırma yenidən başladılıb və aparılan istintaq nəticəsində 19 nəfər saxlanılıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












