Türkiyədə taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO

Türkiyədə avtomobil çağırma tətbiqi vasitəsilə sifariş etdiyi nəqliyyat vasitəsində səfər edən gənc qadın sürücünün ona cinsi xarakterli hərəkətlər etdiyini, etiraz etdikdən sonra isə magistral yolda avtomobildən düşürüldüyünü iddia edib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda göz yaşları içində yaşadıqlarını danışan qadın bildirib ki, hadisədən sonra böyük qorxu keçirib və insanlara olan etibarını itirib.
Onun sözlərinə görə, avtomobil çağırma tətbiqi vasitəsilə sifariş etdiyi nəqliyyat vasitəsində gedərkən sürücü avtomobili magistral yola çəkib. Qadın iddia edib ki, bir müddət sonra sürücü onun ayağına toxunub. O, buna etiraz etdikdə isə sürücü heç nə etmədiyini və vəziyyəti yanlış başa düşdüyünü söyləyib.
Gənc qadın sürücüdən avtomobili saxlamasını xahiş etdiyini bildirib. İddiasına görə, sürücü onu magistral yolun ortasında avtomobildən düşürüb.
Videoda danışan qadın yaşadığı hadisədən sonra ciddi psixoloji sarsıntı keçirdiyini, özünü təhlükəsiz hiss etmədiyini və insanlara olan inamının sarsıldığını vurğulayıb.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı hələlik aidiyyəti qurumlar və sözügedən avtomobil çağırma tətbiqi tərəfindən rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı hüquqi və ya inzibati araşdırmanın başlanılıb-başlanılmadığı da məlum deyil./Sonxeber.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












