Tutduğu quşun ayağına butulka bağlayıb suya atdı - ANBAAN VİDEO

Azərbaycanda sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə narazılıqlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, “TikTok” platformasında “ekiz.eskerov” adlı profilin sahibi tutduğu çöl quşunun ayağına plastik butulka bağlayaraq həmin anları əyləncə məqsədilə paylaşıb. Video qısa müddət ərzində geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu hərəkəti heyvana qarşı qəddar münasibət kimi qiymətləndirərək kəskin tənqid edib. Şərhlərdə bu cür davranışların yolverilməz olduğu və məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmalı olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, heyvanlara qarşı qəddar rəftar qadağandır və belə hallara görə inzibati məsuliyyət nəzərdə tutulur. Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Eltac
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












