Üç pilot zəhərləndi, fəlakətin qarşısı çətinliklə alındı - Havada xaos

"British Airways" aviaşirkətinin Hindistanın Heydərabad şəhərindən Böyük Britaniyanın London şəhərinə həyata keçirdiyi müntəzəm reys zamanı üç pilotun eyni vaxtda qida zəhərlənməsi əlamətləri göstərməsi səbəbindən təyyarədə gərgin anlar yaşanıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə təxminən 10 saat 30 dəqiqə davam edən "Boeing 777" reysi zamanı baş verib. Məlumata görə, pilotlardan biri 30 min fut yüksəklikdə özünü pis hiss edərək vəzifəsini yerinə yetirə bilməyib və ona oksigen dəstəyi göstərilib.
Digər iki pilot isə səhhətlərində yaranan problemlərə baxmayaraq təyyarəni təhlükəsiz şəkildə Londonun Hitrou hava limanına endirməyə nail olublar. Bildirilir ki, enişdən sonra pilotların vəziyyəti daha da ağırlaşıb.
"British Airways" hadisənin uçuş təhlükəsizliyinə təsir göstərmədiyini açıqlayıb.
"The Sun" qəzetinə danışan mənbənin sözlərinə görə, oxşar hadisələrin təkrarlanmaması üçün təcili araşdırmaya başlanılıb. İlkin ehtimallara görə, zəhərlənmənin mənbəyi pilotların Heydərabadda qaldığı otel ola bilər.
Həmkarlar ittifaqındakı mənbələr bildiriblər ki, həmin otelin gigiyena şəraiti ilə bağlı əvvəllər də çoxsaylı şikayətlər daxil olub. Məlumata əsasən, uçuşdan əvvəl hər üç pilot otelin restoranında eyni səhər yeməyini yeyib və kənardan təmin edilən butulka suyundan istifadə edib. Zəhərlənmənin səbəbini müəyyən etmək məqsədilə pilotlardan analiz nümunələri götürülüb.
Hadisədən sonra "British Airways" Heydərabad şəhərində ekipajların yerləşdirildiyi otellərin yenidən qiymətləndiriləcəyini açıqlayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












