Ucarda məktəb binası yandı - FOTO - YENİLƏNİB

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində orta məktəb binasında yanğın baş verib: “Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məktəbdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 40kv.m sahədə yanıb.
Məktəb binasının böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb”.
***09:24
Ucarda məktəb binasında yanğın olub. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
















