Ukrayna Rusiyanın dəmir yolu infrastrukturuna zərbə endirdi - İlk dəfə

Ukrayna bu gün səhər saatlarında Rusiyanın Bryansk vilayətində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Yeqor Kovalçuk açıqlayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində Dyatkovo-Lyudinovo keçidində dəmir yolu körpüsünün bir hissəsi uçub, 10 vaqon isə relsdən çıxdı.
Bundan başqa, regionun Uneçsk rayonunda dəmir yolu xətti hücuma məruz qalıb. Hücum nəticəsində 18 ədəd boş yarımvaqon relsdən çıxıb. Navlinsk rayonunda isə pilotsuz uçuş aparatı dəmir yolu örtüyünü zədələyib.
Kovalçuk bu 3 hücum nəticəsində xəsarət alanların olmadığını bildirib.
Qeyd edək ki, bu, Ukraynanın Rusiyanın dəmir yollarına dronlarla zərbə endirməsi ilə bağlı ilk haldır. Daha əvvəl Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya ərazisində dəmir yolu xətlərinin partladılması ilə bağlı bir neçə hadisə baş verib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












