Vasif Talıbovla bağlı ciddi dəyişiklik - Həbs edilir?

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərov 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunsa da, özünü təqsirli bilmir. İlk məhkəmə baxışı prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.
İttihama görə, B.Əsgərov 2018-2020-ci illərdə Mikayıl İbrahimov, Yaşar İbrahimov, Səbuhi Dadaşov, Malik Zamanov, Müslüm Mehdiyev, Çingiz Mehdiyev, Arif Əsgərov, Hidayət İmanov və digərləri ilə birgə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Öz növbəsində B.Əsgərov əvvəlki dindirmələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu və Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovu korrupsiyada ittiham edib.
Məlumdur ki, Vasif Talıbovun adı bir neçə dəfə korrupsiyada hallanıb. İddialar öz əksini taparsa, Talıbov məsuliyyətə cəlb olunacaqmı? Bu halda onu hansı cəza gözləyir?
Avtosfer.az xəbər verir ki, vəkil Asim Abbasov Globalinfo.az-a açıqlamasında həm ittiham, həm də müdafiə tərəfinin müvafiq vəsatəti əsasında Vasif Talıbovun məhkəmədə şahid qismində dindirilə biləcəyini deyib.
“Vasif Talıbov şahid qismində dindirildikdən sonra məhkəmə istintaqı zamanı onun əməllərində hər hansı bir cinayət tərkibinin olması müəyyən edilə bilər. Əgər belə olarsa, məhkəmə bu barədə xüsusi qərar qəbul edərək, araşdırılması üçün aidiyyəti istintaq orqanına göndərə bilər”.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












