Vəhşicəsinə qətlə yetirilən 26 yaşlı Arzunun FOTOsu

Türkiyənin Gümüşhane vilayətində dəhşətli ailə faciəsi baş verib.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, Torul rayonunda 27 yaşlı Halis Pekin həyat yoldaşı, 26 yaşlı Arzu Pekini odun parçası ilə döyərək qətlə yetirib.
Hadisə rayonun Merkez məhəlləsinin Değirmenyanı ərazisində, evlərinin qarşısında yerləşən odun yığma sahəsində qeydə alınıb. Məlumata görə, ər-arvad arasında naməlum səbəbdən başlayan mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman Halis Pekin əlinə keçən odun parçası ilə həyat yoldaşına ağır zərbələr endirib.

Aldığı zərbələr nəticəsində Arzu Pekin hadisə yerində həyatını itirib. Cinayətdən sonra şübhəli şəxs pikap avtomobili ilə ərazidən qaçıb.
Hadisə barədə məlumat alan polis və təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb olunub. Arzu Pekinin meyiti prokuror və hadisə yeri araşdırma qruplarının işindən sonra yarılma üçün xəstəxana morquna aparılıb.

Qətl şübhəlisinin istifadə etdiyi pikap avtomobili daha sonra Gümüşhane–Trabzon avtomobil yolunun kənarında tərk edilmiş vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanları Halis Pekinin avtomobili qoyaraq piyada qaçdığını ehtimal edir.
Hazırda şübhəlinin tutulması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır./nocomment.az


Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












