Vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmədə hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə iki zərərçəkmiş - Rahib Rəhimov və Emil Babayev iştirak ediblər. Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri müəyyən edilib. Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və sair var. İstintaq sənədlərində göstərilib ki, V.Bağırov Bakıda və Abşeron rayonunda zərərçəkmiş şəxslərə özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edib. Onların mənzilini təmir etdirəcəyinə dair söz verib. Bundan başqa, o, bəzi zərərçəkmişlərə fərdi yaşayış evi tikdirəcəyinə dair vəd verib. Onların pullarını alaraq ələ keçirib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Növbəti proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib. Ona qarşı istintaq zamanı əvvəlcə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham verilib. Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği artıb. V.Bağırovdan yeni şikayətlər daxil olub və ona görə də onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












