Xaçmaz yolunun bir hissəsi UÇUB: Təmir nə vaxt başlayacaq? - FOTO - VİDEO

Xaçmaz-Xudat-Yalama avtomobil yolunun yararsız vəziyyətə düşməsi yerli sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Bildirilir ki, təxminən bir aya yaxındır sel sularının yuyaraq sıradan çıxardığı yolda heç bir təmir-bərpa işləri aparılmayıb. Nəticədə sakinlər alternativ yollardan istifadə etməyə məcbur qalırlar ki, bu da məsafənin uzanmasına və əlavə vaxt itkisinə səbəb olur.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yolun müəyyən hissəsində çökmə qeydə alındığı üçün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, alternativ olaraq isə qəsəbədaxili müvəqqəti yol təşkil edilib.
A.Nəcəfli qeyd edib ki, artıq məsələ ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. O əlavə edib ki, güclü yağıntılar təkcə paytaxtda deyil, bölgələrdə də avtomobil yollarına ciddi ziyan vurub.
"Artıq bununla bağlı ölkə başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Həmin sənəddə Xaçmaz-Xudat-Yalama avtomobil yolunun zərər görmüş hissəsinin bərpası da nəzərdə tutulur. Yaxın günlərdə sərəncama uyğun olaraq ərazidə bərpa işlərinə başlanılacaq", - deyə o vurğulayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












