Xaçmazda qətl törədildi - Qazi saxlanıldı - YENİLƏNİB

Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***09:20
Sentyabrın 20-si səhər saatlarında Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən onun həmkəndlisi 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Belə ki, hər iki şəxs meyvə alveri ilə məşğul olublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.(qafqazinfo)
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












