Xamenei o təyyarədə Moskvaya qaçır – Şok iddia

İndilərdə Tehrandan Moskvaya uçan Airbus A321-231 (EP-IGD) VIP konfiqurasiyalı təyyarə İran hökuməti tərəfindən yüksək rütbəli rəsmilərin (məsələn, xarici işlər naziri və ya parlament spikeri) daşınması üçün istifadə olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli paylaşım edib.
O qeyd edib ki, bu təyyarə uçuş zamanı çox vaxt IRAN07 və ya IRAN05 kimi çağırış siqnallarından istifadə edir.
Jurnalist bildirib ki, Xamenei səfərləri üçün adətən daha böyük olan Airbus A340-313 (EP-IGA) təyyarəsindən istifadə edir. Bəzən isə o, təhlükəsizlik və ya təbliğat məqsədilə adi sərnişin təyyarələri ilə səyahət edib.
“Lakin hələ İranda etirazlar geniş vüsət alanda təhlükəsizlik baxımından onun üçün xüsusi evakuasiya planı hazırlandığı iddia edilirdi. Bu cür “kritik anlarda” (məsələn, paytaxtın tərk edilməsi zərurəti yarandıqda) hökumət donanmasındakı istənilən VIP təyyarə, o cümlədən EP-IGD bu məqsədlə istifadə oluna bilər”, – deyə o qeyd edib.
Həsənlinin sözlərinə görə, “Meraj Airlines” tərəfindən idarə olunan EP-IGD hazırda İran hökumətinin ən aktiv və müasir VIP təyyarələrindən biridir:
“Adətən parlament spikeri və ya xarici işlər naziri kimi rəsmiləri daşısa da, fövqəladə hallarda Xameneyi və onun yaxın çevrəsi üçün sürətli nəqliyyat vasitəsi kimi çıxış edə bilər. EP-IGD-nin hələ 10 yanvar 2026-cı il tarixində radarlardan itməsi və uçuş izləmə sistemlərindən qeyb olması kimi hadisələr bu təyyarənin “həssas” missiyalar üçün istifadə edildiyini göstərir. Kritik anlarda izlənilməməsi üçün bu cür tədbirlər görülə bilər”.
Qeyd edək ki, jurnalist daha əvvəlki paylaşımında bildirmişdi ki, təyyarə təcili uçuş zamanı Xəzər dənizi üzərindən deyil, birbaşa Azərbaycanın üzərindən keçib. Bu da o deməkdir ki, uçuş əvvəlcədən Azərbaycan hökuməti ilə planlaşdırılmış ola bilər.//globalinfo.az
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












