Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndi şəhərində yanğınla nəticələnən partlayış olub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində fəhlələrin məskunlaşdığı binada ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, Xankəndidəki tikinti şirkətlərindən birində fəhlə işləyən Abşeron rayon sakini - 1983-cü il təvəllüdlü Rəşad Əliyev inşaat sahəsində kiplənmiş barıt tapıb. O, həmin əşyanı götürüb və yaşadığı evdə gizlədib. Bir müddətdən sonra o yaşadığı Abşeron rayonu Şəfəq qəsəbəsindəki evinə gəlməyə hazırlaşarkən həmin əşyanı da özü ilə götürmək istəyib. Lakin onun ölçüsü böyük olduğundan çantasına yerləşməyib. Rəşad həmin əşyanı hissələrə bölmək qərarına gəlib və bu məqsədlə evdəki laqunda ilə kəsərək hissələrə ayırmağa çalışıb. Bu zaman barıtda alışma yaranıb və partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə nəticəsində Rəşad və onunla birlikdə otaqda olan iş yoldaşı İsgəndər Hüseynov ağır yanıq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılsalar da İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəşad Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Əliyev ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












