Xəyaləni təcavüzdən sonra boğaraq öldürmüşdü - Cəzası bəlli oldu

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölüm işi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Xitab24.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Eynullayevə hökm oxunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 120.2.6, 120.2.9 və 149.1-ci maddələri təqsirləndirilən E.Eynullayev 19 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, E.Eynullayev 2016-cı ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Göytəpə Ailə Sağlamlıq Mərkəzinin həyətyanı sahəsində yerləşən köhnə və istifadəsiz binanın otaqlarının birinin içərisində olarkən əvvəldən tanıdığı, əqli və fiziki qüsuru olması ona aşkar surətdə məlum olan Xəyalə Xəlilovaya təcavüz edib, daha sonra cinayət əməlini gizlətmək üçün onu boğaraq qətlə yetirib.
E.Eynullayev hadisəni törətdikdən bir gün sonra Xəyalənin meyitini elə həmin tikilinin içərisində basdırıb. Meyitin basdırılmasında ona həmin vaxt yeniyetmə olan Vaqif adlı dostu kömək edib.
Maraqlıdır ki, Elnur Eynullayev cinayətlə bağlı saxlanılarkən Xəyaləni dostu Vaqifin öldürdüyünü deyib. İllər sonra guya Vaqif ona cinayəti öz üzərinə götürməyi, bunun müqabilində 50 000 manat verəcəyini deyib. Elnurun cinayəti Vaqifin üzərinə yıxmasına səbəb isə onunla birlikdə saxlanılacaqları təcridxanada dostuna verəcəyi ifadə ilə məsləhətləşmə aparmaq istəyib olub. Belə ki, Elnur Xəyalənin öldürülməzdən öncə özü tərəfindən təcavüzə məruz qalmasının bilinməməsini istəyib.
Buna səbəb isə daha əvvəlki məhkumluq həyatında bu cinayətlə məhbus həyatı yaşayanlara xoş münasibətin sərgilənməməsi olub.
Qeyd edək ki, 2025-ci ildə Daxili İşlər Nazirliyinin və Penitensiar Xidmət əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb. Həmin ilin noyabrında E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı












