Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır.
Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev deyib ki, ən əsas səbəb insanların məsuliyyətsizliyidir:
“Bəli, xüsusilə Bakı, Abşeron və Xızı ərazisində nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekoloqgiya və Təbii Sərvətlər Nzirliyi (ETSN) bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. Buna görə də dənizdən qum daşınması ilə bağlı deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hətta sahildən qum daşınsa belə, dəniz buna görə geri çəkilmir. Çünki qum daşınan ərazilər əsasən sahil zonasında yerləşir”.
A.Mustafayevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir:
“Son dövrlərdə havanın temperaturu qısa müddət ərzində kəskin şəkildə yüksəlməyə başlayıb. Bildiyimiz kimi, suyun istilik tutumu qurudan daha yüksəkdir. Buna görə də quru ilə dəniz suyu arasında, eləcə də suyun üst və alt qatları arasında ciddi temperatur fərqi yaranır. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Ən ciddi səbəblərdən biri isə xüsusilə üzməyi bilməyən insanların öz fiziki imkanlarını düzgün qiymətləndirmədən dənizin təhlükəli hissələrində çimməyə cəhd etməsidir. Ümumilikdə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəbləri bunlardır”.
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO












