Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB

Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazisində tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında AQTA-nın Regional Bölmələri, ETSN-nin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və KTN-nin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
Bununla yanaşı Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib. Nəticələr yaxın zamanda açıqlanacaq.
11:41***
Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.
Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.
“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - rayon sakini Anar Mikayılov deyib.
Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarından bildirilib ki, aşkarlanan quş cəsədləri ilə bağlı araşdırma aparılır. Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığında sahilboyu ərazilərdə aşkarlanan quş cəsədlərinə yerində baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, cəsədlərin ərazidən təmizlənməsi istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, batağanlara Antraktidadan başqa, dünyanın bütün bölgələrində rast gəlmək mümkündür. Bu quşların qeydə alınmış 22 növü var ki, onlardan da üçünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Şıx çimərliyi sahillərində də eynicinsli ölü quşlar tapılmışdı.




Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR








