Xırdalanda aylardır qapaqsız qalan lyuk budaq və daşlarla nişanlandı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri qarşılaşdığı mənzərəni videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan görünür ki, yolun hərəkət hissəsində yerləşən kanalizasiya lyuklarından birinin qapağı yoxdur.
Vətəndaşlar baş verəcək qəzaların qarşısını almaq məqsədilə açıq lyukun ətrafına daşlar düzüb, üzərini isə ağac budaqları ilə örtərək sürücülərə xəbərdarlıq etməyə çalışıblar. Buna baxmayaraq, həmin ərazidə hərəkət edən sürücülər çətinliklə manevr edir və təhlükə ilə üzləşirlər.
Şikayətçinin sözlərinə əsasən, prospektdə bir neçə kanalizasiya lyuku uzun müddətdir qapaqsız vəziyyətdə qalıb. Bildirilir ki, məsələ ilə bağlı indiyədək aidiyyəti qurumlar tərəfindən hər hansı tədbir görülməyib.
Qeyd edək ki, xüsusilə gecə saatlarında və ya intensiv hərəkət zamanı açıq kanalizasiya lyukları həm avtomobillər, həm də piyadalar üçün ciddi təhlükə yaradır. Belə halların vaxtında aradan qaldırılmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












