Banner

Xırdalanda itkin düşən yeniyetmə tapıldı - VİDEO - YENİLƏNİB

Hadisə 4 Noyabr 2026 10:44
Xırdalanda itkin düşən yeniyetmə tapıldı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:

İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib.

"Daha sonra o, marşrut avtobuslarının birinə minib və Nizami rayonu ərazisində düşüb. Telefonu bağlı olduğu üçün onunla əlaqə yaratmaq olmayıb", - deyə xəbərdə bildirilir.

***09:18

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər.

***

Xəbər verdiyimiz kimi, Xırdalanda 12 yaşlı Mələk İmanova itkin düşüb.

Avtosfer.az xəbər verir ki, yeniyetmənin anası Xudaverdiyeva Fəridənin sözlərinə görə, qızı noyabrın 2-də evdən çıxıb və bir daha ondan xəbər almaq mümkün olmayıb. O bildirib ki, müşahidə kameralarına əsasən, qızının arxasınca ağ avtomobil hərəkətdə olub.

Qadın övladının bir qolunun olmadığını deyib. 

Qeyd edək ki, Mələyin atası Zakir İmanov qazidir.

 


 

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh