Xırdalanda yol yararsız hala düşüb, alternativi də yoxdur - Nə vaxt təmir ediləcək? - VİDEO

Xırdalanda yollardan birinin bərbad durumu sürücülərin narahatlığına və narazılığına səbəb olur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, şəhərin Həsən Əliyev küçəsində, "Balaca kruq" adlanan ərazidə yol aylardır acınacaqlı vəziyyətdədir.
"Xüsusilə yağışlı havalarda ərazidə su toplanır və iri çala-çuxurlar görünməz olur. Dəfələrlə minik avtomobilləri və avtobuslar həmin çuxurlara düşüblər və nəqliyyat vasitələri ciddi ziyan görüb. Ərazidə alternativ yol da yoxdur ki, ondan istifadə edək", - deyə şikayətdə bildirilib.
Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, Həsən Əliyev küçəsində bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:
"Lakin yağan intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerində qrunt sularının aktiv şəkildə toplanması müşahidə olunur. Bu səbəbdən də müəyyən hissələrdə yol qatının yuyulması baş verib, müxtəlif ölçülü çalalar əmələ gəlib. Tərəfimizdən bu barədə aidiyyatı quruma məlumat verilib və onlar qrunt sularının səthinin dəyişdirilməsi istiqamətində yaxın günlərdə işlərə başlayacaqlar.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.
Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur.
Bu layihə həyata keçirildiyi üçün sözügedən küçənin əsaslı təmiri məqsədə müvafiq hesab olunmur. Belə ki, 2026-2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada istifadəyə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq yaxın günlərdə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq", - deyə açıqlamada vurğulanıb.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










