Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı - FOTO - VİDEO

Bakıda satılan "TALA" markalı turşunun içindən milçək çıxması ilə bağlı yayılan görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, AQTA-nın Bakı regional bölməsi tərəfindən məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçirilir.
"Agentliyin müfəttişləri tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq tədbirlər həyata keçirilməkdədir", - deyə açıqlamada bildirilib.
***
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-a müraciət edən Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.
Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.

İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.
Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Həmçinin məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












