Yanğın təhlükəsi olan sexin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Avtosfer.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyektdə mallar arasında yanğına qarşı ara məsafələri gözlənilməyib;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb, müvafiq jurnal tərtib olunmayıb;
- obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim edilməyib;
- obyektin fəaliyyəti yaşayış binalarının layihələndirmə normalarının yanğın əleyhinə tələblərinə zidd olaraq binanın zirzəmi mərtəbəsində təşkil edilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.




Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












