Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama - FOTO - YENİLƏNİB

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
“Azərsun Holdinq”dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın hadisəsi İmişli Şəkər Zavodunun təmir işləri icra edilən boş anbar ərazisində baş verib.
“Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisəyə operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürüblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Zavodda saxlanılan şəkər ehtiyatlarına hər hansı zərər dəyməyib”, - məlumatda deyilir.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












