Yarım milyonluq dələduzluq edən şəxsə hökm oxunub

Vətəndaşa qarşı yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən Kərim İbadovun cinayət işi üzrə məhkəmə keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kərim İbadov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən K.İbadovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittihama görə Kərim İbadov zərərçəkən N.Məmmədovaya dəniz mənzərəli ev alacağı vədini verərək ondan 511 min 500 manat pul alıb, lakin vədinə əməl etməyib.
Kərim İbadova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












