Yasamaldakı meşəlikdə bina tikiləcək? - VİDEO

Yasamaldakı Qanlıgölün ətrafında yerləşən meşəlik ərazidə ötən ildən bəri park salınacağı ilə bağlı lövhə quraşdırılsa da, heç bir addım atılmır.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, əksinə, həmin ərazidə quruyan və kəsilən ağacların sayı artır.
Sakinlər bildirir ki, sözügedən ərazidə həm ağaclar seyrəlir, həm də qazıntı işləri gedir.
Onlar iddia edirlər ki, ərazidə park salınmayacaq, yaşayış binaları tikiləcək: “Çalışdığımız qədər buna imkan verməyəcəyik, çünki əsas yaşıllıqdır. Hər yerdə bina tikməklə deyil ki! Həmin ərazidə park salınsa, yaxşı olar”.
Tikinti şirkətindən isə bildirilib ki, sözügedən ərazidə yaşıllıq zonası və park salınması nəzərdə tutulub: “Bu plan hazırda da qüvvədədir. Layihə üzrə ilkin hazırlıq işləri aparılıb. Sadəcə olaraq mövcud torpaq sahəsinin hüquqi statusu tam rəsmiləşdirilməyib. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Prosesin qanuni tərəfləri tam həllini tapandan sonra işlərə start veriləcək. Biz park layihəsini reallaşdırmaqda maraqlıyıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda isə qeyd edilib ki, 2024-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyi ərazidəki quruyan ağacların götürülməsinə rəy verib və proses icra edilib: “Həmin tarixdən indiyədək şamlıqda bir dənə də olsun ağac kəsintisi qeydə alınmayıb”.
Daha ətraflı videomaterialda:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












