Yenə vətəndaşlar ağacın aşmasından xəbər verir, qurumlardan reaksiya yoxdur - VİDEO

Paytaxtın Həsən Əliyev küçəsində yaşayan sakinlər yol kənarında yerləşən və hər an aşması ehtimal olunan ağacdan narahatdırlar.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar təhlükəni nəzərə alaraq ağacın üzərinə “Ağac aşa bilər, diqqətli olun” sözləri yazılmış xəbərdarlıq kağızı yapışıblar.
Sakinlərin sözlərinə görə, məsələ təbiəti qorumaqla bağlı deyil, əksinə, uzun müddətdir baxımsız qalan bu ağac həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır:
“Bu ağac hər an yola aşıb insanlara zərər vura bilər. Heç kim ağacı kəsin demir, amma bununla bağlı aidiyyəti qurumlar tədbir görməlidir”, – deyə sakinlər bildirirlər.
Onların fikrincə, ağacın müayinəsi aparılmalı, təhlükə yaratdığı təsdiqlənərsə, ya bərkidilməli, ya da təhlükəsiz şəkildə ərazidən götürülməlidir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












