Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə - 10 il həbs!

Bakıda yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Tural Məmmədovun məhkəməsi başa çatıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 36 yaşlı şəxs Cinayət Məcəlləsinin 171-1.2.1, 178.1 və 182.2.2-ci (uşaq pornoqrafiyasının dövriyyəsi, dələduzluq və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Müəyyən edilib ki, evli və bir uşaq atası olan Tural 2024-cü ildə tanış olduğu 2008-ci il təvəllüdlü qızı onu sevdiyinə inandırıb. O, yetkinlik yaşına çatmayan qızı bir neçə dəfə Sabunçu rayonu Ramana qəsəbəsindəki evə apararaq orada intim münasibətdə olub. Kişi həmin vaxt videolar çəkərək özündə saxlayıb. Qızdan onun yaxınlarının, ailə üzvlərinin nömrəsini də alıb. Qarşı tərəfin niyyətinin ciddi olduğunu zənn edən yeniyetmə onun ailə üzvləri ilə tanış olmaq istədiyini düşünərək nömrələri verib. Lakin bir müddət sonra Tural qızı hədələməyə və 500 manat pul tələb etməyə başlayıb. Pul ala bilməyəndən sonra onun intim görüntülərini ailə üzvlərinə göndərib, həmçinin “TikTok” sosial şəbəkəsində paylaşıb.
Bundan sonra Tural haqqında cinayət işi açılıb və o, saxlanılıb. Onun başqa şəxsə məxsus evi digər bir vətəndaşa göstərərək 125 min manata satacağı adı ilə 3 min manata yaxın beh aldığı və pulu mənimsədiyi də müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural qeyd edilən maddələr üzrə təqsirli bilinib, 10 il həbs cəzası verilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












