Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən "8 №-li Xüsusi Təyinatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bank hesabına həbs qoyulub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, müəssisənin dizel yanacağına görə 128 062 manat borcu yaranıb. Borcun ödənilməməsi ilə əlaqədar MMC-nin direktoru Şirinov İsmayıl Əliheybət oğlu barəsində məhkəməyə müraciət olunub. Məhkəmənin qərarına əsasən, MMC-nin Azərbaycan ərazisində fəaliyyət göstərən bank hesablarındakı pul vəsaitlərinin üzərinə, işçilərin əməkhaqlarının və dövlət büdcəsinə ödənilməli zəruri ödənişlərin (vergi, sosial sığorta və s.) həyata keçirilməsinə məhdudiyyət qoyulmamaq şərti ilə iddia tələbinin əsas borc məbləği olan 128 062 manat həddində həbs qoyulub.
Qərardad dərhal icra olunub. Qeyd edək ki, İsmayıl Şirinovun atası Əliheybət Şirinov "Aztimont" Açıq Səhmdar Cəmiyyətinin sədridir. O, oğlundan əvvəl "8№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru olub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












