“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB

Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qoyulan yol nişanı sürücülər üçün problem yaradır. Onlar nişanı döndükdən sonra gördüklərinə görə bu onların cərimələnməsi ilə nəticələnir.
Avtosfer.az xəbər verir ki, İTV bu problemlə bağlı süjet hazırlayıb.
Bildirilib ki, bu səbəbdən cərimələnənlərdən biri də sürücü Vüsal Yaqubovdur. Onun sözlərinə görə, cərimə ilə üzləşəndən sonra həmin ünvana qayıdıb. Lakin nişanı tapa bilməkdə çətinliklə üzləşib: “Hər gün bu yoldan istifadə edirəm. Sola baxıb, oradan gələn avtomobillərə yol verib sonra sağa dönürəm və yoluma davam edirəm. Sağ tərəfdə indiyə qədər nə yerdə, nə də yuxarıda avtobus zolağına dair nişan olub”.
Həmin yoldan mütəmadi istifadə edən digər sürücülər bildirirlər ki, nişan olsa da onu vaxtında görmək mümkün deyil. Onların sözlərinə görə, nişan təzə qoyulub və o olmadan da sürücüləri cərimələyiblər.
Mütəxəssislərin fikrincə, yol nişanı sürücünün görmə bucağında yerləşməli və ona qərar vermək üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ ilə bağlı AYNA-ya müraciət olunsa da, hər hansı münasibət bildirilməyəcəyi deyilib.
***
Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən kəsişmədə yol nişanlarının tətbiqi aidiyyəti qurumla birlikdə yoxlanılır, uyğunsuzluq aşkar edildiyi təqdirdə zəruri tədbirlər görüləcək.
Daha ətraflı videomaterialda:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












