Yol verməmək üçün maraqlı bəhanə: “Maşınım xarab olub” dedi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda dar küçədə qarşılaşan iki sürücü arasında yol vermə üstündə mübahisə yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı üz-üzə qalan sürücülərdən biri geri çəkilərək yol vermək əvəzinə avtomobilinin nasaz olduğunu iddia edib. O, sözlərini təsdiqləmək üçün avtomobilin kapotunu açaraq nəqliyyat vasitəsində texniki problem yarandığını bildirib.
Digər sürücü isə bu davranışa etiraz edib. Avtomobildə uşağın olduğunu deyən qadın sürücü yaranmış vəziyyətin süni şəkildə uzadıldığını bildirərək polisə müraciət edib.
Hadisə nəticəsində dar küçədə nəqliyyatın hərəkətində çətinlik yaranıb və qısa müddətlik tıxac əmələ gəlib. Tərəflər arasında yaşanan mübahisə ətrafdakı şəxslərin də diqqətini cəlb edib.
Məsələ sürücülərdən birinin geri hərəkət edərək yolu boşaltmasından sonra həll olunub. Bununla da küçədə nəqliyyatın hərəkəti bərpa edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












