Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO

Paytaxtın Moskva prospektində piyadanın yol hərəkəti qaydalarını pozması az qala faciə ilə nəticələnəcəkdi.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, gənc oğlan yolu müəyyən olunmamış hissədən qaçaraq keçməyə çalışıb. O, hərəkətdə olan nəqliyyat vasitələrini nəzərə almadan yoluna davam edib.
Piyadanı vaxtında görən bəzi sürücülər sürəti azaldaraq dayanmağa müvəffəq olsa da, videonu qeydə alan avtomobilin sürücüsü onu son anda fərq edir. Nəticədə, gənc az qala avtomobilin altında qalacaqdı. Xoşbəxtlikdən o, son anda dayanaraq qəzadan xilas olub.
Unutmaq olmaz ki, sürücünün ani reaksiya verməsi hər zaman mümkün olmur. Xüsusilə görünüş məsafəsinin məhdudlaşdığı şəraitdə, təyin olunmamış yerdən yola çıxan piyada həm özünü, həm də digər hərəkət iştirakçılarını risk altına qoyur. Buna görə də hər bir piyada təhlükəsiz keçid nöqtələrindən istifadə etməlidir.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












