Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO

Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində ("Elmlər Akademiyası" metrosunun yaxınlığında) qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, qadın piyada yolu təyin olunmamış yerdən keçməyə cəhd edib. Üstəlik o, yola baxmadan hərəkət edib və bu səbəbdən yaxınlaşan avtomobillə toqquşma riski yaranıb. Xoşbəxtlikdən sürücüylə yanaşı piyada da son anda dayanıb və baş verəcək qəzanın qarşısı alınıb.
Qeyd edək ki, piyadalar yalnız piyada keçidlərindən istifadə etməli, yolu keçərkən isə hər zaman yaxınlaşan nəqliyyat vasitələrinə diqqət etməlidirlər. Belə davranışlar sürücülərin və piyada iştirakçılarının həyatını risk altına qoya bilər, hətta kiçik diqqətsizlik ağır qəzalara səbəb ola bilər.
Nərmin
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












