Banner

Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO

Hadisə 4 Noyabr 2026 17:30
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bilgəh yolunda qayda pozan piyadalar avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, iki piyada yolu müəyyən olunmamış yerdən qaçaraq keçib.

Bu zaman onlar həm öz həyatlarını, həm də yaxınlaşan avtomobilin sürücüsünü təhlükə qarşısında qoyublar. Sürücü piyadaları görərək sükanı qismən sağa yönəldib və mümkün toqquşmanın qarşısını alıb.

Qeyd edək ki, piyadalar yolu piyada keçidlərindən, yeraltı və ya yerüstü keçidlərdən istifadə etməklə keçməlidirlər. Yolun müəyyən olunmamış hissəsindən keçmək isə həm piyadaların, həm də sürücülərin təhlükəsizliyini riskə atır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228505.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh