Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO

Hadisə 30 İyul 2026 14:00
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Hövsan yolunda qayda pozan piyadalar sürücüyə çətin anlar yaşadıblar.

Bu barədə izləyicilərdən biri videogörüntüləri Avtosfer.az-ın qaynar xəttinə göndərərək məlumat verib. Hadisə iyulun 29-da saat 18:45 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, üç gənc yolun hərəkət hissəsində dayanaraq söhbət edir. Onlar yaxınlaşan avtomobili gördükdən sonra qismən kənara çəkilsələr də, gənclərdən biri əl hərəkəti ilə sürücüyə etirazını ifadə edir.

İzləyicinin sözlərinə görə, o, avtomobilin uzaq işıqlarını yandırıb-söndürərək piyadalara hərəkət hissəsindən uzaqlaşmaları üçün xəbərdarlıq edib. Bundan sonra piyadalar narazılıqlarını bildirib.

Ardınca piyada keçidində qeydə alınan başqa bir məqam sürücünü çaşdırıb. Görüntülərdən məlum olur ki, yaşlı kişi piyada keçidinin üzərində dayanmasına baxmayaraq yolu keçməyə tələsmir. O, tum çırtlaya-çırtlaya yol kənarında dayanaraq ətrafı seyr edir.

Nəticədə videogörüntünü qeydə alan avtomobilin sürücüsü piyadaya yol vermək üçün dayanır. Lakin yaşlı kişinin yolu keçmədiyini gördükdən sonra hərəkətini davam etdirir.

Nərmin

Oxunub : 370
ŞƏRH YAZ
Ad

E-mail

Şərh