Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi

Türkiyədən Azərbaycana yük maşının altından gələn şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş Tofiq Hüseynov (şərti) Türkiyənin Qars şəhərindən İran İslam Respublikasının dövlət sərhədini keçməklə Azərbaycana gəlib və Biləsuvar sərhəd nəzarəti tərəfindən saxlanılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Türkiyənin Qars şəhərindən İrana yük avtomobilinin təkərlərini birləşdirən yayın (difer) üzərinə orturaraq keçib. Bir neçə gün Təbriz şəhərində qaldıqdan sonra bu dəfə İrandan Azərbaycana (Biləsuvar sərhəd nəzarətinə) nəqliyyat vasitəsinin altında qanunsuz yolla keçib. Nəqliyyat vasitəsi Azərbaycanın dövlət sərhədində gömrük nəzarətindən keçməsi üçün növbəyə dayanan zaman o, gizləndiyi yerdən çıxıb və sərhədçilərimiz tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə Tofiq Hüseynov Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı-İstanbul aviareysi ilə İstanbula gedib. O, bibisi oğlu ilə birlikdə Suriya və Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrumdan Yunanıstana keçirdiyinə görə saxlanılıb və 7 ay həbs olunub. Həbsdən çıxdıqdan sonra sənədləri olmadığı üçün Azərbaycana qanunsuz yolla qayıdıb.
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO











