Zavodda baş verən partlayışda 16 nəfər həlak olub

Tennessi ştatında hərbi partlayıcı istehsal edən müəssisədə baş verən partlayış nəticəsində 16 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Associated Press (AP) məlumat yayıb.
Qeyd olunub ki, artıq hadisə ilə bağlı həlak olanların ailələrinə məlumat verilib. Müstəntiqlər mümkün sübutlar üçün yanan binaya baxış keçirirlər; partlayışın səbəbi hələ müəyyən edilməyib. Accurate Energetic Systems zavodunda partlayış oktyabrın 10-da səhər saatlarında baş verib. "NBC News"un verdiyi məlumata görə, saytdan alınan peyk görüntüləri binadan səpələnmiş dağıntılardan başqa heç nə qalmadığını göstərir. Accurate Energetic Systems hərbi, aerokosmik, mədənçıxarma və söküntü sənayesi üçün partlayıcı maddələr və enerji avadanlıqları istehsal edir.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












