“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO

Hadisə 14 Avqust 2026 13:41
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
WhatsApp kanalımıza abunə olun

Elan saytlarının birində dam örtüyü almaq istəyən vətəndaşın dələduzluqla üzləşdiyi iddia olunur.

Avtosfer.az xəbər verir ki, redaksiyaya müraciət edən vətəndaşın sözlərinə görə, mayın 13-də saytda profnastil (dam ötüyü) dəmir satışı ilə bağlı elanla qarşılaşıb və elandakı nömrə ilə əlaqə saxlayıb. Daha sonra başqa nömrəyə yönləndirilən şəxsə dam örtükləri ilə məşğul olduğu bildirilən Ramin adlı şəxslə əlaqə saxlamaq təklif olunub.

Şikayətçinin sözlərinə görə, mayın 14-də o, satıcının göndərdiyi ünvana gedib. Burada iki nəfər tərəfindən qarşılandığını və böyük bir zavoda aparıldığını bildirən vətəndaş həmin şəxslərin ona müxtəlif dam örtüklərini göstərdiyini deyib. Daha sonra zavodun satış ofisində oturduqlarını bildirən şikayətçi iddia edir ki, ona lazım olan məhsullar qaiməyə yazılıb və ümumi qiymətin 1000 manat olduğu deyilib. O, həmin vaxt satış ofisində 600 manat ödədiyini, qalan 400 manatı isə məhsul evinə çatdırıldıqdan sonra sürücüyə verməli olduğunu deyib. Ertəsi gün ondan qalan 400 manatın əvvəlcədən ödənilməsi tələb olunub. O isə məhsulu görmədən ödəniş etmək istəmədiyini bildirib. Bundan sonra məhsulun göndərilmədiyini deyən şikayətçi ona rulonda problem yarandığı və yeni məhsul gözlənildiyi bildirildiyini qeyd edib.
Şikayətçinin iddiasına görə, bir neçə gün sonra telefon danışığı zamanı özünü sürücü kimi təqdim edən şəxslə danışıb. Daha sonra həmin şəxsin əvvəl zavodda onu qarşılayan adamlardan biri olduğunu anlaydığını bildirən vətəndaş Ramin adlı şəxslə yenidən əlaqə saxlayıb. Ramin məhsulun hazır olduğunu, lakin rəhbərliyin tələbi ilə əlavə ödəniş edilməli olduğunu bildirib. Şikayətçi əvvəlcə 400 manatın, daha sonra isə 200 manatın ödənilməsi ilə bağlı tələblərlə üzləşdiyini iddia edir. Nəticədə əlavə 200 manat da bank kartı vasitəsilə qarşı tərəfə göndərilib. Daha sonra ona sürücünün telefon nömrəsi verilib. Lakin həmin nömrəyə zəng etdikdə qarşı tərəfin sürücü olmadığını bildirdiyi və başqa şəxsin adını çəkdiyi iddia olunur.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Şikayətçi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirir və digər şəxslərin də oxşar hallarla üzləşməməsi üçün məsələnin araşdırılmasını istəyir.

Fatimə

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh