Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır - FOTO

Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Nəticədə 94 yaşlı G. Ağalarova hadisə yerində dünyasını dəyişib, nəvəsi R. Ağalarov xəstəxanaya çatdırılıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
“Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Faktla bağlı araşdırma aparılır.


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












