Zərdabda faciənin təfərrüatı: Evdən çıxdı, bir daha geri qayıtmadı - VİDEO - YENİLƏNİB

Zərdab rayonunda 62 yaşlı Təhlə Qoca oğlu Mustafayevin su kanalında boğularaq ölməsinin təfərrüatı məlum olub.
Onun yaxınları Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, Təhlə Mustafayev səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Təhlə velosipedlə hərəkət edərkən su kanalına düşüb", - deyə mərhumun yaxınları bildiriblər.
Qeyd edək ki, rayon sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti sonradan su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ətraflı süjetdə:
***15:17
Zərdab sakininin su arxından meyiti tapılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












