Zibil maşını ilə yaşlı qadının üstündən keçdilər, xəbərləri olmadı – ANBAAN VİDEO

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda baş verən dəhşətli hadisə faciə ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 16:00 radələrində qeydə alınıb. Eren Turgut (ad şərtidir) idarəsində olan zibildaşıyan avtomobil konteynerdəki tullantını yığdıqdan sonra hərəkətə keçib. Bu zaman yolun qarşısına keçmək istəyən Atiye Kabaklı adlı qadına çırpılıb.
Zərbə nəticəsində qadın avtomobilin altında qalıb və bir neçə metr sürüklənib. Hadisəni görən zibil toplama işçiləri dərhal sürücünü xəbərdar edərək maşını dayandırıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Atiye Kabaklının hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib. Polis əməkdaşlarının araşdırmasından sonra qadının meyiti tibbi ekspertiza üçün Denizli Ədli Tibb Qurumunun morquna aparılıb.
Zibil maşınının sürücüsü E.A. saxlanılaraq polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Eltac Zülfüqaroğlu
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












