Zibil poliqonunda dəhşətli tapıntı: Prokurorluq araşdırır

Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
***11:11
Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.
Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












