Zibilliyin önündə avtomobil saxlamaq niyə təhlükəlidir? - İZAH

Bakıda zibil yeşiklərində baş verən yanğın nəticəsində 4 avtomobilə ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, hadisə avtomobillərin düzgün park edilməsinin və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyi FHN-nin yaydığı məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə tam söndürülüb:
"Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə yerləşən 6 ədəd plastik zibil qutusu tamamilə yanıb. Bundan başqa, yaxınlıqda park edilmiş "Audi" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford" markalı minik avtomobillərinin arxa bamperləri, həmçinin "Ford" markalı yük avtomobilinin ön bamperi alovun təsirindən zədələnib.
FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb. Nəticədə ərazidə park edilmiş avtomobillərin böyük hissəsi yanğından mühafizə olunub və daha ciddi fəsadların yaranmasına imkan verilməyib".
“149 Avto Təlim Kursları”nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dönməz Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, son günlərdə zibil konteynerlərində başlayan yanğının yaxınlıqda park edilmiş avtomobillərə keçməsi ilə nəticələnən hadisə bir daha göstərdi ki, avtomobilin düzgün park edilməsi təkcə yol hərəkəti qaydalarına riayət etmək deyil, həm də yanğın təhlükəsizliyinin ayrılmaz hissəsidir:
.jpg)
"”149 Avto Təlim Kursları” olaraq sürücülərə hər zaman izah edirik ki, parklanma zamanı əsas meyar yalnız boş yer tapmaq deyil, həmin yerin təhlükəsizlik baxımından uyğun olub-olmamasını qiymətləndirməkdir. İlk növbədə yaşayış binalarının giriş-çıxış yolları, həyət daxili keçidlər və xüsusi təyinatlı texnikanın hərəkət edə biləcəyi marşrutlar açıq saxlanılmalıdır. Yanğın baş verdikdə yanğınsöndürən avtomobillərin hadisə yerinə operativ çatması ilk dəqiqələrdə həlledici rol oynayır. Əgər həyətin girişi və ya keçidlər avtomobillərlə tutulubsa, bu, müdaxilə vaxtını uzadır və yanğının daha geniş əraziyə yayılmasına səbəb ola bilər. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanunu yanğın təhlükəsizliyinin təmin edilməsini hər bir fiziki və hüquqi şəxsin vəzifəsi kimi müəyyən edir. Fövqəladə Hallar Nazirliyi dəfələrlə bildirib ki, yaşayış binalarının giriş-çıxışlarının, yanğın keçidlərinin və xüsusi texnikanın hərəkət zolaqlarının süni maneələrlə, o cümlədən düzgün park edilməmiş avtomobillərlə bağlanması yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir və insanların həyatına ciddi təhlükə yaradır. Bu səbəbdən Nazirlik mütəmadi reydlər keçirərək belə halların aradan qaldırılması istiqamətində tədbirlər görür".
Dönməz Hüseynov vurğulayib ki, sürücülər həmçinin avtomobillərini yanğın hidrantlarının, transformator yarımstansiyalarının, qaz təsərrüfatı obyektlərinin və zibil konteynerlərinin bilavasitə yaxınlığında park etməkdən çəkinməlidirlər:
"Çünki bu obyektlərdə baş verən yanğın və ya qəza qısa müddətdə nəqliyyat vasitələrinə də keçə bilər. Son hadisə bunun real nümunəsidir. Bir neçə dəqiqə ərzində zibil konteynerində başlayan yanğın yaxınlıqda park edilmiş avtomobillərə yayılaraq ciddi maddi ziyana səbəb oldu. Hər bir sürücü avtomobili park etdikdən sonra özünə bir sual verməlidir: “Əgər bu dəqiqə burada yanğın baş versə, yanğınsöndürən avtomobil rahat şəkildə hadisə yerinə daxil ola biləcəkmi?” Əgər cavab mənfidirsə, həmin parklanma təhlükəsiz hesab oluna bilməz. Təhlükəsiz sürücülük yalnız avtomobili idarə etməklə məhdudlaşmır. O, avtomobili düzgün yerdə və düzgün qaydada park etməklə tamamlanır. Məsuliyyətli parklanma bəzən təkcə bir avtomobili deyil, bütöv bir binanı, insanların əmlakını və ən əsası insan həyatını qorumuş olur.
Fatimə Dadaşova
Blokdan çıxan azyaşlı qız skuterlə avtomobilə çırpıldı - VİDEO
Bakıda zibil yeşikləri yandı; 4 avtomobil bu hala düşdü - FOTO
Müəllimi motosikletlə vurub günahı onun üstünə yıxmağa çalışdı – 1,7 milyon istəyir - VİDEO
Samuxda yük maşını çaya aşdı; Ölən və xəsarət alanlar var
Səkidə yıxılıb ağır xəsarətlər aldı - Şəhər rəhbərliyindən 35 milyon tələb edir
Türkiyədə taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO
Binəqədidə yoldakı təhlükəli çuxur sürücünü maddi ziyana saldı - VİDEO
İstinin təsirindən Eyfel qülləsi böyüdü - FOTO
Ukrayna iki şəhəri birləşdirən körpünü MƏHV ETDİ - FOTO
DSK yolunda güclü yanğın – FHN əraziyə cəlb olundu - VİDEO
Bakıda qeyri-adi hadisə: "Prius" pilləkənlərdən asılı qaldı - VİDEO










