Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətini Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, kütləvi informasiya vasitələrində “Bakı şəhəri, Xətai rayonu ərazisində pive istehsalı zavodu tərəfindən tullantı sularının birbaşa olaraq Xəzər dənizinə axıdılması ilə bağlı” yayılmış videogörüntülərdə qeyd olunanlar 08 may 2026-cı ıl tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Əraziyə keçirilən baxış zamanı spirtli içkilərin istehsalı müəssisəsində formalaşan tullantı sularının əvvəlcə müəssisənin hasarı daxilində açıq axar vasitəsilə, sonradan xüsusi çəkilmiş 300 mm diametrli plastik boru ilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilmişdir.
Axıdılan tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə su nümunələri götürülərək Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Mərkəzi Laboratoriyasına təqdim edilmiş və müəssisədə istehsalat zamanı formalaşan tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısı alınmışdır.
***
Bakıda yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığındakı pivə zavodunun dənizi çirkləndirdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza Zığ sakinlərindən biri müraciət edib.
İzləyicinin sözlərinə görə, zavodda emaldan sonra çənlərdə qalan tullantıların təmizlənməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur. İddia edilir ki, həmin tullantı suları günlərlə birbaşa dənizə axıdılır.
“Müəssisə emaldan sonra çənlərdə qalan tullantını təmizləmək üçün kimyəvi maddələrdən istifadə edir. Həmin zəhərli su isə birbaşa dənizə axıdılır. Nəticədə, dənizin həmin hissəsində balıqların kütləvi tələf olması müşahidə olunur”, – deyə şikayətçi bildirib.
Eltac Zülfüqaroğlu
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












