Antarktikada kəşf edilən piramidaların sirri açıldı - FOTO

İllərdir Antarktikada, əslində qütblərdə yadplanetlilərdən, atlantislilərdən qalma piramidaların olduğu deyilir. Varlığı hələ də təsdiqlənməyən bu piramidalar bir çox filmə və hekayəyə mövzu olub. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, “Google Earth” ilə birlikdə bu hekayə yenidən gündəmə gəlib. İndi də sosial media və bir çox əcnəbi xəbər saytları “Google Earth”da antarktikada yerləşən yeni piramidadan bəhs edir. Nəzəriyyəçilər bu piramidanın insanlıq tarixini dəyişdirəcəyindən, bir çox sirri gizlətdməsindən bəhs edib. İşin həqiqi tərəfi isə tamamilə başqadır. Çünki əslində bu bir piramida deyil, bir dağdır. Bu dağ hətta buzlaqlarla örtülmüş bir dağın zirvəsidir.
Deyilənlərin araşdırılması üçün bir az keçmişə gedək. Antarktikadakı ilk piramida (yəni dağ) 1910-1913-cü illər arasında ingilislər tərəfindən kəşf edilib. Daha sonra “Piramida” adı ilə dünyada bütün insanlardan gizlin saxlanılıb və bu sahənin geoloji araşdırılması zamanı bu addan istifadə edilib. 100 ildən sonra nəzəriyyəçilər dağın zirvəsini ortaya çıxardıqdan sonra “Yadplanetlilər və ya Atlantislilər özlərindən sonra piramida qoyub getdi” iddiaları gündəmə gəlib.
Alman araşdırmaçı və geoloq Dr.Mitch Darcy işin əsl tərəfini baxın necə açıqlayır:
“Piramida şəklində olan tikililər Ellsworth dağlarında yerləşir: 400 km-dən uzaq bir məsafədədir, bu səbəbdən buzun üstündə qayalıq təpələrin olması təəccüblü deyil. Zirvələr qayadan ibarətdir və zirvənin bu şəklə sahib olması sadəcə təsadüfdür. Piramida şəklində olduğu həqiqətdir, ancaq insanın yaratmadığı da açıq bəllidir”.
Piramida şəklində təpələr, dağ zirvələri olduqca çoxdur. Alplarda Matterhorn, İslandiyadakı Bulandstindur dağı misal çəkəcəklərimiz arasındadır.
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO
Tıxacdan bezən sürücü maşını avtopilota qoyub marketə getdi – VİDEO












