Azərbaycanda yolun ortasında bitən sirli ağac: "Kəsmək olmur" – VİDEO

Yolun ortasındakı çinar ağacları Xudat-Yalama avtomobil yolunun 14-cü kilometrliyindədir. Avtosfer.az ARB Şimal-a istinadən xəbər verir ki, 38 il əvvəl bu ərazidə ilk dəfə yol çəkiləndə layihəyə əsasən, ağaclar kökündən çıxarılmalı olub. Amma həmin vaxt baş verən hadisələr iş icraçılarını fikrindən daşındırıb. Yerli sakinlərin də çinarların çıxarılmasına etiraz etməsi məsələnin daha da böyüməsinə səbəb olub. Həmin vaxt Xaçmazda birinci katib vəzifəsində çalışan Aslan Nəsibov layihənin dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edir. Çünki yolun ağaclara görə başqa ərazidən keçməsi əlavə vəsait tələb edirdi. Yalnız bundan sonra layihədə dəyişiklik edilir və ağacların yolun ortasında saxlanılmasına qərar verilir: "Sovet vaxtı bu yol təzə tikiləndə, traktor bunu çəkəndə "tros" qırıldı. 2-ci traktor gəldi. O da eyni problem yaşadı. Bunu gördülər və dayandılar. Kəsmək olmur".
Xudat-Yalama-Zuxuloba yolu bu il "Azəravtoyol" ASC tərəfindən yenidən qurularaq istifadəyə verilib. Yolun çəkilişi zamanı çinar ağacları saxlanılıb. Hərəkət isə məneəni sağdan-soldan keçməyi bildirən nişanların köməyi ilə təşkil olunub: "Bizim Yalama kəndinin 2 sakini gəliblər bura. Daha sonra gediblər Xudata, oradan qayıdanda qəza törədiblər".
2 hərəkət zolaqlı yolun uzunluğu 24 km- eni isə 7,5 m dir. Yol 28 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.





Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












