Bermud üçbucağının SİRRİ AÇILDI

ABŞ-dan olan alimlər Bermud üçbucağı fenomeninin (ona Şeytan üçbucağı da deyilir) Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi 500 kilometrə yaxın ərazi – izahını tapmağa müvəffəq olublar. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Kolorado ştatı universitetindən olan meteoroloq Stiv Millerin sözlərinə görə, okeanın öldürücü həmin ərazi hava anomaliyaları səbəbindən yarana bilər.
Yeni araşdırma göstərib ki, Bermud üçbucağı üzərində altıbucaqlı buludlar var. Onlar sputnik çəkilişlərindən görünür, oradakı hava şəraiti isə sirr olaraq qalır. Ola bilsin ki, qeyri-adi bulud havanın kiçik çırpıntıları nəticəsində əmələ gəlir. Alimlər onların fəaliyyətini bomba zərbəsi ilə müqayisə edirlər. Anomal buludlara görə güclü sürətlə əsən külək əmələ gəlir. Onlar okeanın səthini vururlar və 40 metrə qədər hündürlükdə dalğalar yaranır ki, istənilən gəmini alt-üst edərək batırmağa qadirdir.
Bundan başqa, buludlar təyyarələr üçün ölümcül təhlükə kəsb edən güclü burulğan yaradır. Axının gücü onları təxminən okeana atmağa yetərli olur.
Alimlər qeyd edirlər ki, adətən, buludlar düz həndəsi fiqurlardır və birbaşa xətt əmələ gətirmirlər. Görünür ki, Bermud üçbucağı istisna təşkil edir. İndi meteroroloqlar belə anomaliyanın əmələ gəlməsinə məhz nəyin səbəb olduğunu aydınlaşdırmaq niyyətindədilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












