Bu gecə hazır olun! 68 il sonra...

Noyabrın 14-də Ay son 68 ildə ilk dəfə Yerə bu qədər yaxın məsafədə olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib.
O bildirib ki, Ayın Yerə yaxınlaşması dövrü olaraq baş verən haldır, lakin hər dəfə fərqli məsafələrdə yaxınlaşmış olur: “Ayın 13-dən 14-nə keçən gecə Ay mövcud ölçüsündən 14% daha böyük görünəcək. Parlaqlığı isə 30% artacaq. Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Bu zaman Yerə ən yaxın və ən uzaq məsafələrdə ola bilir. Bu dəfə ən yaxın məsafədə olacaq və “Super Ay” olacaq. Sonuncu dəfə belə hadisə 1948-ci ildə baş verib. Bu hadisənin təkrarı dekabrın 14-də 15-də müşahidə ediləcək. Bu, həqiqətən də çox cəzbedici mənzərə və maraqlı olacaq. Hava buludlu olmazsa, Azərbaycanda bunu adi gözlə müşahidə etmək olacaq”.
Ə.Ətai bildirib ki, 18 ildə bir dəfə bu hal müşahidə edilsə də, bu əvvəlkilər fərqlənəcək: “Ayla Yer arasındakı məsafə 384-400 min kilometr arasında dəyişir. Bu dəfə Ayla Yer arasında məsafə 40 min kilometrə qədər azalmış olacaq”.
Ə.Ətai ayda baş verən bu halların sonradan yerdə okeanlarda qabarmalar, zəlzələlərə səbəb olmasına da toxundu: “Adətən, belə məqamda okeanlarda qabarmalar artır. Bu qabarma əvvəlkilərdən daha böyük olacaq, dalğanın hündürlüyü 16 metrdən çox olacaq. Çünki qarşılıqlı cazibə qüvvəsi 10% artmış olacaq. Zəlzələyə gəldikdə, bu, yalnız rezonans təşkil edə bilər. Əgər hər hansı hadisə hazırlanırsa, bu hadisə təkan ola bilər. Hər şey qaydasındadırsa, heç bir təsir olmayacaq”.
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO








